Qadin.NET / Dünya "Qarabağ"a edilən haqsızlıqdan danışır

Dünya "Qarabağ"a edilən haqsızlıqdan danışır

 

Dünya "Qarabağ"a edilən haqsızlıqdan danışır

UEFA Avrupa Liqasının F qrupunda ötən gecə baş tutan Ağdamın "Qarabağ" klubu ilə İtaliyanın "İnter" klubu arasındakı qarşılaşma dünya mətbuatının gündəminə düşüb. ANS PRESS-in məlumatına görə, Ukraynanın, Fransanın, İtaliyanın, Rusiyanın, Türkiyənin və digər ölkələrin aparıcı saytları dünənki oyunda baş verən haqsızlığa yer veriblər.Yazılarda deyilir ki, "İnteri" qonaq edən Azərbaycan təmsilçisi Ağdamın "Qarabağ" klubu sahədən qolsuz bərabərliklə ayrılıb və bununla da Avrupa Liqası ilə xudahafisləşib. Qarşılaşmanın 90+4-cü dəqiqəsində attığı qolun qeydə alınmamasına görə Avrupa Liiqasında qrupdan çıxmayan "Qarabağ" klubu UEFA-ya etiraz ərizəsi verməyi düşünür.
Altı oyundan 6 xal toplayan "Qarabağ" qrupu üçüncü sırada tamamlayıb. Komanda Riçard Almeidanın topu qapıya vurması ilə sevinsə də, qarşılaşmanın hakimi qolun oyundan kənar olduğunu əsas gətirərək bunu qeydə almayıb. Bununla da "Qarabağ" Ukraynanın "Dnepr" klubunun bir xal gerisində qalıb və ilk dəfə qatıldığı qrupdan keçə bilməyib.
Qolun problemli olmadığını düşünən "Qarabağ" cəbhəsində isə qarşılaşmanın hakimlərinə sərt etiraz var.
Azərbaycan Futbol Federasiyasının baş katibi Elxan Məmmədov deyib ki, orta hakim vəziyyəti görməyə bilər, amma yardımçıları ona doğrunu söyləməliydilər.
"Qarabağ"ın icraçı direktoru Asif Əskərov isə bu gün saat 13.00-da mətbuat konfransı keçirəcəklərini və tədbirdən sonra UEFA-ya şikayət edəcəklərini bildirib.
Qrupdan çıxmağı əvvəldən təmin etdikləri üçün "Qarabağ" qarşısına gənc oyunçularla çıxan baş mşəqçi Roberto Mançini isə oyun barədə bunları deyib: "Rəqibimiz sayılmayan qolu daxil olmaqla daha önəmli vəziyyət yaratdı. O vəziyyətdən birini qola çevirsəydilər fərqli oyun izləyəcəkdik. Yenə də ortaya qoyduqları oyuna görə onları təbrik edirəm."

 

Mənbə: ANS PRESS

12 dekabr 2014
GO BACK