Qadin.NET / İnternetsiz internetə girə biləcəyik

İnternetsiz internetə girə biləcəyik

 

İnternetsiz internetə girə biləcəyik

"YouTube"dan bayramqabağı yenilik. ANS PRESS-in məlumatına görə, izləyicilərin illərdir gözlədiyi yenilik nəhayət reallaşır. Belə ki, onlayn olmasanız belə artıq video portalda video izləmək mümkün olacaq. "YouTube"in mobil versiyasına girənlər bu zamana kimi internetə qoşulmadan video izləyə bilmirdilər. Əvəll izlədiyiniz videoya yenidən baxmaq istəsəniz belə internet qoşulmalı idi. 
Amma yeni dəyişikliyə görə, internetə qoşulmaq lazım olmayacaq. Belə ki, əvvəl izlədiyiniz videonu ikinci dəfə izləmək üçün internetə qoşulmaq lazım olmayacaq. Təssüf ki, burada bir mənfi məqam da olacaq. Bu isə vaxt məhdudiyyətidir - 48 saat. Bu özəlikdən hələlik ancaq Hindistan, İndoneziya.Fillipində istifadə ediləcək. "YouTube"in belə özəlliyini ilk olaraq adıçəkilən ölkələrdə işə salması isə Asiyada internetin zəif olması ilə bağlıdır. 
Bu xidmətin yaxın zamanda başqa ölkələrdə də istifadəyə veriləcəyi gözlənilir.

 

Mənbə: Milli.Az

12 dekabr 2014
GO BACK