Peşəkar boksçumuz Ramal Amanov növbəti qələbəsini qazanıb Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, dəri əlcək ustası Moskvada keçirdiyi döyüşdə Afrika çempionu Solomon Boqereni üstələyib. Görüş boyu təcrübəli rəqibinə güclü zərbələr endirən Gəncə boks məktəbinin yetirməsi 5-ci raundda üzündən ciddi zədə alıb. Lakin idmançımız bu vəziyyətdə görüşü davam etdirsə də hakimlər mübarizəni 6-cı raundda dayandırıblar. Yekun qərara əsasən, raundlarda daha fəal təsir bağışladığından qələbə rinqə "Gəncə" yazılı şortda çıxan Ramal Amanova verilib. Xatırladaq ki, bundan öncə peşəkar rinqdə 6 döyüşə çıxan Amanov bunların hamısında qalib gəlib.
Mənbə: Milli.Az