
V. Mayakovskinin “Savaş elan olunub” şeirinin əlyazması Nyu-Yorkun “Bonhams” Hərrac Evində 43 min dollara alıcı tapıb.ANS PRESS-in məlumatına görə, dahi şair bu şeiri 1914-cü il iyulun 20-də yazıb. “Bonhams” Hərrac Evi şeirin I Dünya Müharibəsi dövründə yazılan və günümüzə gəlib çatan yeganə əlyazma nüsxəsi olduğunu bildirib.
Şeir həmin müharibənin başlanmasına bəhanə verən olaydan – Avstriya hersoqu Frans Ferdinand Sarayevoda öldürüləndən (28 iyul) və Almaniyanın Rusiyaya müharibə elan etməsindən (1 avqust) sonra – 1914-cü ilin avqustunda— “Novaya jizn” («РќРѕРІР°СЏ Р¶РёР·РЅСЊ») jurnalında dərc olunub.
Əlyazmadakı tarixin ertəsi günü 21 yaşlı Mayakovski şeiri Moskvanın Tver meydanında general Skobelevin abidəsi önündə oxuyub. İndi həmin yerdə Yuri Dolqorukinin abidəsi ucalır.
Mənbə: ANS PRESS