Qadin.NET / “Qarabağ” baş hakimdən UEFA-ya şikayət edəcək

“Qarabağ” baş hakimdən UEFA-ya şikayət edəcək

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”lə qarşılaşan “Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib.O bildirib ki, qitə futbol qurumuna müraciətə səbəb italiyalılarla görüşün son dəqiqələrində vurduqları təmiz qolun çexiyalı baş hakim Mioslav Zelinka tərəfindən hesaba alınmamsıdı: “UEFA-ya müraciət etməyi planlaşdırırıq. Bu məqsədlə klubun vitse-prezidenti Tahir Gözəl və baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransı keçirəcək”.Əsgərov bildirib ki, mətbuat konfransı bu gün saat 13:00-da keçiriləcək.
Mənbə: Milli.Az

 

12 dekabr 2014
GO BACK