"Oyun yaxşı alındı. "Qarabağ" yaxşı komandadır. Çox təəssüflənirəm ki, "Qarabağ" növbəti mərhələyə adlaya bilmədi".Milli.Az qol.az-a istinadən bildirir ki, bu sözləri "İnter"in baş məşqçisi Roberto Mançini Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la qolsuz bərabərə qaldıqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
- "İnter"in yaxşı oyununu görmədik, sadəcə "Qarabağ" növbəti mərhələyə adını yazdıra bilmədi.
- O zaman "Qarabağ"a təbriklər!
- İllərin təcrübəli məşqçisi kimi etiraf edirsinizmi, "Qarabağ"ın sayılmayan qolu zamanı ofsayd yox idi?
- Futbolda hər şey olur. "Qarabağ" əvvəlki qol imkanlarından istifadə edə bilərdi.
Mənbə: Milli.Az