Qadin.NET / Qurban Qurbanov: "Sizə, azarkeşlərə təşəkkür edirəm"

Qurban Qurbanov: "Sizə, azarkeşlərə təşəkkür edirəm"

 

 

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 
Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirilən görüşdən sonra bu fikirləri səsləndirib: “Çox istəyirdik ki, mərhələ adlayaq. Amma bu nəticə məğlubiyyətə bərabər oldu. Futbolçulara təşəkkür edirəm. Təəssüf ki, Vüqar Nadirov zədələndi. Bəlkə də bizim üçün böyük zərbə oldu. Taleyimizlə barışmalıyıq. Amma bizim üçün təcrübə oldu. Gələcəkdə qrupda oynasaq, futbolçular başa düşərlər ki, böyük klublara qarşı da oynamaq olar. Əfsuslar olsun ki, azarkeşlər məyus getdilər. Qismətimizdə yox imiş”.
- Avropa Liqasının qrup mərhələsində öncədən nələri düşünürdünüz, indi nə düşünürsünüz?
- Əvvəlcədən bilirdik ki, maraqlı qrupa düşmüşük. Futbolçuları sınamaq baxımından maraqlı oldu. Futbolçulara həmişə deyirəm ki, hər bir nəticə ola bilər. Zəif rəqib də güclü komandanı məğlub edə bilər. Düşündüklərim də, özünü doğrultdu. Bir daha deyirəm, böyük təcrübə oldu. Hər bir rəqibə qarşı düzgün oyun oynasaq, qələbə qazanmaq olar.
- Son dəqiqədəki qol epizodu ilə bağlı nə deyə bilərsiz?
- İki rakursdan baxdıq epizoda. Təmiz qol idi. Heçç ofsayddan söhbət getmir. Ansi vurduqdan sonra top Riçarda dəydi, amma həmin epizodda ofsayd yox idi. O anda hakimin ofsayd qeydə alması böyük risk idi. Artıq nə demək olar ki?
- Geridə qalan 6 oyunu yada salın. Sizə bir şans verilsəydi, hansı oyunun yenidən keçirilməsini istərdiz?
- Siz bilməzsiz ki, mən hər oyundan əvvəl və gedişində hansı hissləri keçirirəm. Buna görə də nəsə demək istəmirəm. Desəm ki, hansısa oyunu yenidən keçirək. Qorxuram ki, ondan da pis olar.
- Hakim səhvinə görə qrupda qaldıq. Hansı hissləri keçirirsiz?
- Normal. Rəqibin oyunçusu matçdan sonra yaxınlaşıb mənə dedi ki, top mənə dəymişdi. Həmin anda desəydi, bəlkə də qolu qeydə alardı.
 Bəxtimizin gətirmədiyini demək olar?
 - Bəli. Amma bəxtimiz gətirdiyi oyunlar da olub. Onlar olmasaydı, bəlkə son oyuna qədər bu şansı qorumazdıq.
Mənbə: Milli.Az
11 dekabr 2014
GO BACK