Qadin.NET / Hakim bizi məyus etdi

Hakim bizi məyus etdi

Hakim bizi məyus etdi
Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilir.ANS PRESS-in məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ” doğma meydanda İtaliya nəhənglərindən olan “İnter”lə qarşılaşıb. Qarşılaşmada hesab açılmayıb. Daha doğrusu hakimlər "Qarabağ"ın son saniyələrdə vurduğu qolu saymayıblar. Beləliklə oyun heç - heçə başa çatıb. Bu nəticə ilə "Qarabağ" qrupda qalıb. 
Qrupun “Dnepr” – “Sent Etyen” oyununda Ukrayna təmsilçisi minimal hesablı qələbəyə sevinməklə ikinci pillənin sahibi kimi “pley-off”a yüksəlib. 
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində 6 xalla qrup üçüncüsü oldu. 
11 dekabr
Avropa Liqası, qrup mərhələsi, VI tur
“Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya) - 0:0 (İkinci hissə)
Hakimlər: Mioslav Zelinka, Andjey Pelikan, İrji Molaçek ( Çexiya)

Mənbə: ANS PRESS

11 dekabr 2014
GO BACK