Türkiyə məhkəməsi PKK terror təşkilatının lideri Abdulla Öcalanın yazdığı kitaba qoyulan qadağanı ləğv edib.ANS PRESS-in məlumatına görə, 30 mindən çox insanın qatili ollan PKK liderinin "Kürdüstanın İnqilab Manifesti: Kürd problemi və Demokratik Beynəlxalq Həlli" adlı kitabına qoyulan qadağanı Diyarbakır 1-ci Sülh Cəza Məhkəməsi ortadan qaldırıb. Sözügedən kitabın terrorla mübarizə qanununa əsasən yayımı qadağan edilmişdi.
Abdullah Öcalanın vəkili Çingiz Çiçək məhkəməyə müraciət edərək qadağanın ləğv olunmasını istəyib. Məhkəmə də vəkilin tələbini yerinə yetirib
Mənbə: ANS PRESS