Vaqif Əsədov bildirib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi, rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə tədbir başlanandan qurtaranadək, yəni səhər saat 08:00-dan tədbir tam başa çatana qədər Mehdi Hüseyn küçəsi 1 ünvanından, yəni Teleteatr binası yanından və Mikayıl Müşviq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən, eyni zamanda Mikayıl Müşviq dairəsi və Mətbuat prospekti kəsişməsindən bu istiqamətlərə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək.
"Ona görə də avtomobil sahibləri və sürücülərdən xahiş olunur ki, Parlament prospekti və onunla kəsişən digər küçə və yollar üzrə hərəkət etmək niyyətində olanlar əvvəlcədən planlaşdırılmış alternativ yollardan istifadə etsinlər".
Mənbə: ANS PRESS