Qadin.NET / Əri vəsiyyət etdi, 30 il daxmada yaşadı

Əri vəsiyyət etdi, 30 il daxmada yaşadı

 

Əri vəsiyyət etdi, 30 il daxmada yaşadı

Türkiyə bu qadından danışıq. ANS PRESS-in "İhlas" xəbər agentliyinə istinadla verdiyi məlumata görə, 90 yaşlı qadın 30 il öncə ölən ərinin vəsiyyətinə riayət edir. Buna görə də o uzun illərdir işıq, su, qazı olmayan kimsəsiz mağaraya bənzəyən bir otaqlı evdə yaşayır. 
Ayşe Gülana adlı qadın bu mağarada ölümü gözləyir. 
Qadının sözlərinə görə, 1942-ci ildə türkaçarə ilə məşğul olan Mehmet Gülana ilə ailə qurub. Onlar Aydın vilayətinin hazırda yaşadığı ərazisinə köçüblər. Burada 5 hektar ərazi tutaraq zeytun və əncir ağacları əkib, 11 uşaq böyüdüblər. Ər-arvad vedrə-vedrə su daşıyaraq ağaclara qulluq ediblər. Lakin 30 il sonra bu ərazinin onlara deyil, dövlət ərazisinə aid olduğu bəlli olub. Bu hadisədən sonra evin kişisinin səhətti pisləşib. Ölüm yatağında o arvadına "Ölənə qədər burdan çıxma. Bizim buradan ancaq ölümüz çıxar"deyə vəsiyyət edib. 
İndi yaşlı qadın həyat yoldaşının vəsiyyətinə riayət etmək üçün kimsəsiz ərazidəki daş evini tərk edə bilmir. Dövlət ona daha yaxşı şərtlərlə mənzil təklif etsə də o bundan imtina edir. 
11 uşağından belə xeyir görməyən qadının yaşadığı dram və ərinə olan sədaqəti eşidənlərin gözünü yaşadıb.

Mənbə: ANS PRESS

 

11 dekabr 2014
GO BACK