Qadin.NET / Siqaret zərərlidir, bəs qutusu?

Siqaret zərərlidir, bəs qutusu?

 

1983-cü ildən siqaret qutularını toplamağa başlayan Hidayət Ələkbərovonlardan müəyyən bəzək fiqurları düzəldir. Milli.Az Türkel TV-yə istinadən xəbər verir ki, olduqca səbr və hövsələ tələb edən bu işi 69 yaşlı kişi rahatlıqla görür. 
Onun sözlərinə görə, bu fiqurlar təsadüf nəticəsində yaranıb. Yaranan dekorasiya işində 10 mindən çox qutudan istifadə olunub ki, bundan da 50-60 min detal alınıb. Hidayət kişinin sözlərinə görə, müasir siqaretlərdən belə dekorativ fiqurlar düzəltmək mümkün deyil. 
Fiqurları günlərlə kəsib düzəltdikdən sonra yapışdırmaq işi dəqiq aparılmalıdır. Ona görə də bu işə aylarla vaxt sərf olunur. Həmsöhbətimin dizayner və ya dekorasiya üzrə təhsili yoxdur. Bu işdə də heç bir müəllimi olmayıb. Amma o, bu işin davam etdirilməsini istəyir. Bunun üçün də üç yaşlı nəvəsini elə kiçik yaşlarından öyrətməyə çalışır. 
Mənbə: Milli.Az

 

11 dekabr 2014
GO BACK