Qadin.NET / Qadınlar niyə yalan danışır?

Qadınlar niyə yalan danışır?

 

Qadınlar niyə yalan danışır?

Düzdür, hamı kişilərin daha çox yalan danışdığını desədə, qadınların da yalana çox əl atdığı gizlin deyil. Amma adətən onların yalanları "rəngli yalanlar" silsiləsinə aid olur. Çünki bu yalanlar adətən öz həyatlarındakı məqamlarla bağlı olur. Məsələn zərif cinsin nümayəndələri həyat yoldaşları, sevgililəri, uşaqları haqqında onları görmək istədikləri kimi danışırlar. 
Bəzən onlar özlərini həyatlarında kifayət qədər xoşbəxt hiss etmirlər və həyatlarına bu yolla rəng qatdıqlarını zənn edirlər. 
Qadından daha çox çəkiləri, yaşları ilə bağlı yalana əl atırlar. Belə ki, qeyd edilən məsələdə yalan göstəricisi 68 faizdir. 
Zərif cinsin nümayəndələrinin 70 faizi insanın onun üçün önəmli olan adamlara yalan danışmasının qəbuledilməz olduğunu deyir. 
38 faiz hər hansı insan və ya vəziyyətin xeyri, 36 faizi insanların duyğularını zədədləməmək, 13 faizi bəladan uzaq durmaq üçün yalan danışmağın tərəfdarıdır. 55 faiz isə məhdud şəkildə verilən məlumatların yalana aidiyyatı olmadığını deyib. 
Ümumilikdə isə 91 yaiz yaşlandıqca həyatları ilə barışıq olduqlarını və yalana ehtiyac qalmadığını deyib. 

 

Mənbə: ANS PRESS

11 dekabr 2014
GO BACK