Qadin.NET / Prezident sərhəddi bağlamağa çağırdı

Prezident sərhəddi bağlamağa çağırdı

 

Prezident sərhəddi bağlamağa çağırdı

Ukrayna prezidenti Petra Poroşenko Rusiya hökumətini ölkə ərazisindən çıxarmağa və Rusiya- Ukrayna sərhəddini bağlamağa çağırıb. ANS TV-nin məlumatına görə, Avstraliyada səfərdə olan Poroşenko Avstraliya baş naziri Toni Ebbott ilə görüşü zamanı Rusiyaya bu çağırışı edib.
“Xahiş edirəm, sərhədi bağlayın. Mən söz verirəm ki, əgər siz sərhədi bağlasanız Ukraynada iki- üç həftə ərzində sülh və əmin-amanlıq bərpa olunacaq”- deyə Poroşenko bildirib. 
Ukrayna və qərb ölkələri Rusiyanı Ukraynanın şərqində üsyançıları maliyyələşdirməkdə ittiham edir. Poroşenko avstraliyalı nazir ilə görüşdə iyul ayında Donetsk üzərində vurulan sərnişin təyyarəsi barədə də danışıqlar aparıb. Tərəflər tez bir zamanda hadisənini səbəbkarlarının tapılaraq cəzalandırılmasına çağırıblar. 
Mənbə: ANS PRESS

 

11 dekabr 2014
GO BACK