“Apardığımız monitorinqlər zamanı unun qiymətində artım müşahidə olunmayıb”.Bunu Azvision.Az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.Unun qiymətinin artması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirən A. Əliyev qeyd edib ki, nazirlik tərəfindən monitorinqlər həyata keçirilib, qiymət artımı qeydə alınmayıb.Nazirlik rəsmisi bazarda süni qiymət artımının qarşısını almaq üçün lazımı tədbirlərin görüləcəyini qeyd edib.“İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafləsi Dövlət Xidməti mütəmadi olaraq monitorinqlərini davam etdirəcək. Yeni ilin yaxınlaşması ilə əlaqədar olaraq dekabrın ikinci ongünlüyündən başlayaraq bir sıra ərzaq məhsulları üzrə istehlak bazarında nəzarət tədbirləri daha da intensiv aparılacaq. Nəticədə əhali həm keyfiyyətli ərzaq məhsulları ilə təmin olunacaq, həm də süni qiymət artımının qarşısı alınacaq”.Qeyd edək ki, mətbuatda yer alan məlumatlara görə, yerli bazarda unun qiymətində artım müşahidə edilir. Belə ki, satıcıların birldirdiyinə görə, bir kisə 50 kq-lıq unun qiyməti 17,40 AZN-dən 18,80 AZN-ə qalxıb.
Mənbə: Milli.Az