Rusiya tərəvəzi bu ölkədən alacaq
Rusiya prezidenti Vladimir Putin bu həftə Daşkəndə səfər edib. ANS PRESS-in məlumatına görə, səfər nəticəsində iqtisadi və təhlükəsizlik baxımdan əsaslı razılıqlar əldə olunub. Artıq tərəflər Avrasiya İttifaqı və Özbəkistan azad ticarət zonası barədə danışıqlara başlayacaq. Bundan əlavə yaxın 4 il ərzində iqtisadi əməkdaşlıq barədə sənəd imzalanıb. Sənədə əsasən Rusiya Federasiyası Özbəkistandan meyvə və tərəvəz alacaq. Prezidentlərin iki saatlıq görüşü zamanı İŞİD qüvvələrinin Əfqanıstana sızması faktı da müzakirə edilib. Putin təhlükəsizlik baxımından Özbəkistana hər bir dəstəyin veriləcəyinə söz verib.
Mənbə: ANS PRESS
11 dekabr 2014
GO BACK