Çin Aya pilotlu uçuş zamanı istifadə ediləcək ağır raketdaşıyıcısının yaradılması üzərində işə başlayıb. Bu barədə China Daily qəzeti məlumat verib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, Biz Çançjen-9 (Long March-9 – Böyük yürüş) raketinin texnoloji tələblərinin analizinə, eləcə də onunla əlaqədar bir sıra texniki problemlərin yoluna qoyulmasına başlamışıq. Raketin xüsusiyyətləri bir sıra amillər, o cümlədən hökumət planları və ölkənin ümumi sənaye imkanları, habelə milli maşınqayırmanın inkişafı üzrə müəyyən ediləcək, - Çin Raket Texnologiyaları Akademiyasının aerokosmik məhsullar bölməsinin rəhbəri Li Tunyun deyib.O qeyd edib ki, Çançjen-9 raketi hazırda yaradılan Çançjen-5 raketdaşıyıcısından diametrinə və uzunluğuna görə böyük olacaq. Həmçinin bölmə rəhbəri əlavə edib ki, Çinin raketdaşıyıcıları, o cümlədən bu yaxınlarda ilk uçuşunu yerinə yetirəcək Çançjen-5 yaxın on ildə kosmik sahədə qarşıya qoyulan vəzifələri yerinə yetirə biləcək. Bununla belə, mütəxəssis raketlərin imkanlarının uzunmüddətli milli kosmik proqramlar üçün yetərli olmayacağını vurğulayaraq bəyan edib ki, bunun üçün ağır daşıyıcılar və yeni mühərrik tələb olunacaq.
Mənbə: Milli.Az