Bonn Beynəlxal Konversiya Mərkəzi (BICC) dünya ölkələrinin silahlanma səviyyəsi ilə bağlı məlumat yayıb.
ANS PRESS-in məlumatına förə, BİCC ekspertlərinin fikrincə, Azərbaycan Qlobal Hərbiləşmə İndeksi - 2014 reytinqində üçüncüdür. Siyahının ilk pillələrində isə İsrail, Sinqapur və Ermənistan yer alıb. İlk onluqda Suriya, Rusiya, Kipr, Cənubi Koreya, İordaniya, Yunanıstan və Azərbaycan daxil olublar.
BİCC hesab edir ki, Azərbaycanla Ermənistan arasında davam edən Qarabağ münaqişəsi hər iki ölkənin sürətlə silahlanmasına gətirib çıxarmaqdadır. Və hər iki ölkəni silahla Rusiyanın təhciz etdiyi etdiyi məlumatda xüsusi vurğulanıb.
Daim beynəlxalq təşkilatlar qarşısında Azərbaycanın sürətlə silahlanmasından şikayətlənən Ermənistanın Qlobal Hərbiləşmə İndeksində irəlidə olması rəsmi İrəvanın işğalçı olmasını bütün dünyaya göstərmiş olur.
Yeri gəlmişkən onu da bildirək ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çox olmasına baxmayaraq işğalçı İrəvan rəhbərliyi Rusiyadan demək olar ki, havayı silahlar alır.Xatırladaq ki, qlobal hərbiləşmə indeksi hərbi xərclərin ÜDM-ə və səhiyyə xərclərinə nisbətinə görə hesablanır.
Hərbi ekspertlər bu göstəricini heç də ölkənin real hərbi potensialını düzgün əks etdirmədiyi qənaətindədirlər.
Mənbə: ANS PRESS