Qadin.NET / Ziya Bünyadov prospektinin bir hissəsi 4 gün bağlı olacaq

Ziya Bünyadov prospektinin bir hissəsi 4 gün bağlı olacaq

 

Bu gecə Ziya Bünyadov prospektinin bir hissəsi bağlanacaq

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, dekabrın 10-dan 11-nə keçən gecə saat 00:00-dan etibarən Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsində tikinti işləri ilə əlaqədar 4 gün müddətinə nəqliyyatın hərəkəti dayandırılacaq.
Prospektin Böyük Şor yol qovşağından 20 Yanvar dairəsi və Qələbə kinoteatrı qarşısındakı dairə istiqamətinə olan hissəsi isə nəqliyyatın hərəkəti üçün tam açıq olacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Mənbə: Milli.Az

 

10 dekabr 2014
GO BACK