Qadin.NET / Bakıda yağış yağacaq

Bakıda yağış yağacaq

 

 

Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, dekabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə ciskinli yağış olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaqAzərbaycanın rayonlarında dekabrın 10-da axşam qərb rayonlarında, dekabrın 11-də bəzi ərazilərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir.Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

10 dekabr 2014
GO BACK