Adı Ginnesin Rekordlar Kitabına düşmüş ikibaşlı pişik ölüb. O, 15 yaşında keçinib.Milli.Az Metro-ya istinadən bildirir ki, Frank-i-Lui ikibaşlı doğulmuşdu. Onun iki ağzı, iki burnu, üç mavi gözü vardı.
Pişik baytarlıq klinikasında ölüb.Frankın sahibəsi Marti Stivensin dediyinə görə, baytarlar pişiyin ölüm səbəbinin xərçəng şişi olduğunu deyiblər.
Frank-i-Luinin adı Ginnesin Rekordlar Kitabına 2012-ci ildə "Dünyanın ən qoca ikibaşlı pişiyi" kimi düşmüşdü.
Adətən belə pişiklər doğulandan sonra bir neçə gün yaşayırlar.
Adətən belə pişiklər doğulandan sonra bir neçə gün yaşayırlar.
Mənbə: Milli.Az