Bəzən sağlamlığımızın qaydasında olması üçün möcüzə axtarırıq. O, möcüzə heç də bizdən uzaqda deyil. Bəlkə də çoxlarımızın mətbəxində, mətbəx sahibəsinin əlinin altındadır. Bu sarıkökdür.
Alimlər müəyyən ediblər ki, sarıkök 600-dən artıq profilaktik və müalicəvi xassəyə, 175 müsbət fizioloji təsirə malikdir. Sarıkökün müalicəvi xassələri və komponentləri beş mindən artıq bioloji tibbi tədqiqatların mövzusu olub.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, sarıkökün saysız-hesabsız faydalarından bir qismini təqdim edir.
Sarıkök təbii antibakterial vasitədir.
Maddələr mübadiləsini yaxşılaşdırır, piylənmənin qarşısını alır.
Xolestrolun səviyyəsini aşağı salır.
Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir.
Prostat vəzdə olan problemlərin qarşısını alır.
Orqanizmi döş və ağciyər xərçəngi xəstəliklərindən qoruyur
Təbii ağrıkəsici xüsusiyyətinə malikdir.
Depressiyaya qarşı effektli vasitədir.
Yaraların sağalmasını sürətləndirir və zədələnmiş dərini bərpa edir.
Qan dövranını yaxşılaşdırır.
Bədənin ümumi tonusuna mücbət təsir göstərir, orqanizmin immun sistemini gücləndirir.
Qanda şəkərin miqdarını aşağı salır.
Oynaq xəstəlikləri üçün faydalıdır.
Həzm sistemini normallaşdırır.
Ürək əzələlərini möhkəmləndirir.
Qan təzyiqini aşağı salır.
Orqanizmin temperaturunu aşağı salır və öskürəyin qarşısını alır.
Orqanizmin zərərli maddələrdən təmizlənməsi üçün 200 qram suya yarım çay qaşığı sarıkök və eyni miqdarda bal əlavə edib qəbul etmək müsbət nəticə verir.
Şəkərli diabet xəstələri üçün hər yeməkdən qabaq çay qaşığının üçdə bir hissəsi qədər sarıkökü bir stəkan su ilə qəbul etmək xeyirlidir.
Damaq qanaxmalarında və iltihabında 1 çay qaşığı sarıkökü 1 stəkan ilıq suda qarışdırıb qarqara etmək problemi aradan qaldırır.
Qanazlığı, anemiya zamanı gündə üç dəfə yarım çay qaşığı ilə eyni miqdarda balı qarışdırıb qəbul etmək olduqca effektlidir.
Sarıköklə kimyəvi dərman preparatlarının eyni vaxtda istifadə olunması məsləhət görülmür. Sarıkök orqanizmə güclü təsir etdiyindən ondan qədərində istifadə etmək lazımdır. İki yaşınadək uşaqların qida rasionuna sarıkök daxil etmək olmaz. Həmçinin hamilə qadınlar sarıkökdən məhdudiyyətlə istifadə etməlidirlər.
Sarıkökdən sırf müalicə məqsədi ilə istifadə etmək qərarına gəlsəniz həkiminizlə məsləhətləşməyi də unutmayın.