Qadin.NET / Müəllimlər də vahid forma geyindi

Müəllimlər də vahid forma geyindi

 

Hazırda respublikamızın bütün təhsil ocaqlarında şagirdlər məktəbə vahid formada gəlirlər. Bu şagirdlərə bilik aşılayan müəllimlərin vahid formaya keçidi prosesinə də təsir göstərməkdədir. Paytaxtda fəaliyyət göstərən əksər təhsil ocaqlarımda şagirdlərlə yanaşı, müəllimlər də vahid formada məktəbə gəlirlər. 
Milli.Az CTV-yə istinadən xəbər verir ki, Lənkəranda isə bu, yalnız şəhər 6 nömrəli məktəb liseydə həyata keçirilir. Artıq bu ildən etibarən vahid forma geyinən məktəbin müəllimləri deyirlər ki , bu, onları bir-birindən geyimləri ilə seçilmək, eyni zamanda şagirdlə müəllimlər arasında geyiminə görə fərq qoymaq düşüncəsindən azad edir.
Vahid müəllim forması həm təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, həm də məktəblərdə nizam-intizamın yaxşılaşmasına gətirib çıxarır. Lənkəranda fəaliyyət göstərən digər təhsil müəssisələrində hələ belə vahid müəllim forması tətbiq olunmasa da, belə məktəblərin sayının artması arzuolunandır. 
Lənkəran Şəhər Təhsil Şöbəsinindən bildirdilər ki, müəllimlərin vahid forma geyinməsi məcburi xarakter daşımır, lakin bütün məktəblərdə bu prosesin həyata keçirilməsi istiqamətində təbliğat işləri aparılır. 

Mənbə: Milli.Az

 

9 dekabr 2014
GO BACK