Almaniya kansleri Angela Merkelin səhhətində problem yaranıb. ANS PRESS-in məlumatına görə, Merkel ZDF və ADF kanallarına müsahibəsi zamanı özünü qəfildən pis hiss edib.
Onun nitqi anlaqsız olub, sözlər arasında uzun fasilələr verməli olub. Jurnalistlərlə söhbəti yarımçıq saxlamalı olub.
Kanslerin özünə gəlməsinə isə nəfis nahar kömək edib. "Bild" qəzetinin yazdığına görə, "Angela Merkel özünü nasaz hiss edib. Siyasətçi müsahibə verdiyi jurnalistlərdən üzr istəyib və nahara gedib. Bir müddət sonra o qayıdıb və bir piltə şokolad yeyib və özünü daha yaxşı hiss edir".
Qəzetin yazdığına görə, müsahibədən sonra furşet baş tutub. Buradada o mətbuat nümayəndələri və jurnalistlərlə söhbətə davam edib. "O, furşetdə kotlet və kartof salatı, yerkökü mussu yeyib və şərab içib", deyə "Bild" yazıb.