Qadin.NET / Bakıya yağış, rayonlara qar yağacaq

Bakıya yağış, rayonlara qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, dekabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında dekabrın 10-da hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7 isti dərəcə isti olacağı proqnozlaşdırılır.

Mənbə: Milli.Az

9 dekabr 2014
GO BACK