Avropada İslamın yayılması onları narahat edir
Almaniyanın Drezden şəhərində Avropanın müsəlmanlaşmasına qarşı etiraz aksiyası keçirilib. ANS PRESS-in məlumatına görə, şəhərin mərkəzi meydanlarından birində baş tutan aksiyaya 10 minə yaxın fəal qatılıb. Aksiyaya neo-nasistlər də dəstək olublar. Lakin özlərini PEGİDA qrupu kimi tanıdan fəallar millətçi neo-nasistlərlə heç bir əlaqələrinin olmadığını bildiriblər. Fəalların sözlərinə görə, onlar, sadəcə, İslam ekstrimizminə və ölkədə sığınacaq əldə edən müsəlmanların bu sistemdən sui-istifadə etməsinə qarşı çıxırlar.Aksiyada fəallara qarşı çıxanlar da tapılıb. Bir qrup fəal sülh dininə etiraz edən insanlara qarşı şüarlar səsləndiriblər. Aksiyalar sülh şəraitində yekunlaşıb.
Mənbə: Milli.Az
9 dekabr 2014
GO BACK