Qadin.NET / Bu xəbər çoxlarını kədərləndirəcək

Bu xəbər çoxlarını kədərləndirəcək

 

 

İnsanda qocalma prosesi 50 yaşdan sonra deyil, bir qədər əvvəl başlayır. Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, alimlərin son araşdırmaları bunu deməyə əsas verir.Araşdırmada yüzlərlə könüllü iştirak edib. Bütün iştirakçılar xüsusi neyropsixoloji testlərdən keçiblər. Nəticələr alimlərin əvvəlcədən güman etdikləri kimi olmayıb. Qocalıqla cavanlıq arasındakı sərhəd 38-40 yaşlar arasında olub. Bu nəticə bir çox tədqiqatçıları heyrətləndirib. Axı əvvəllər hesab olunurdu ki, qocalıq 50 yaşdan sonra başlayır.
Məhz 39 yaşdan sonra insanda geriləmə prosesləri başlayır. İnsanın səhhəti və əsəbləri zəifləyir. Belə effekt bədəndə qocalmaq prosesinə start verir. Dəyişiklik cinsiyyətindən asılı olmayaraq, bütün insanlarda eyni yaşda baş verir. Nə qədər kədərli olsa da, kişilər və qadınlar 39 yaşdan sonra qocalmağa başlayırlar.
Belə bir prosesin başlamasından sonra yaddaş zəifləyir, əzələ-dayaq sisteminin funksional özəllikləri pozulur. Bütün bunlar da diqqətin zəifləməsi, ürək-damar sistemi xəstəliklərinin yaranması ilə müşayiət olunur.

Mənbə: Milli.Az

9 dekabr 2014
GO BACK