Son illər ölkədə boşanma halları atrıb. Təkcə bu ilin ötən dövrü ərzində ölkədə 9 mindən çox boşanma halı qeydə alınıb. Nikaha girənlərin təxminən 11%-i boşanır. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bu ilin 11 ayı ərzində Şəkidə 523 nikah, 155 boşanma faktı qeydə alınıb. Boşanmaların sayı ötən illin müvafiq dövrü ilə müqayisədə azalıb. Amma yenə də bu rəqəm yüksək olaraq qalır. Tərəfləri boşanmaya vadar edən səbəblər isə müxtəlifdir.
Boşanmalar ən çox yeni qurulan ailələrdə qeydə alındığından gənclərin evliklik həyatına hazır olmadan nikaha girməsi boşanmaların əsas səbəblərindən biri kimi göstərilə bilər. Erkən nikahlar və rəsmiləşdirilməmiş ailə münasibətləri də bir çox hallarda ailənin dağılmasına gətirib çıxarır.
Qeyd edək ki, hazırda ölkədə 2 milyon ailə var. Hər il 90 minə qədər cütlük nikaha daxil olur.