Qadin.NET / Saakaşvili xalqa söz verdi

Saakaşvili xalqa söz verdi

Saakaşvili xalqa söz verdi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hakimiyyətdən getdikdən sonra ilk video konfransını keçirib.ANS TV-nin məlumatına görə, hazırda Gürcüstanda barəsində cinayət işi açılan keçmiş prezident bütün bunlara baxmayaraqtezliklə ölkəsinə qayıdacığını və aktiv siyasətlə məşğul olacağını deyib.
"Tezliklə Gürcüstan rəhbərliyinə geri qayıdacam. Buna çox az vaxt qalıb. Və biz sizinlə birgə başladığımız bütün işlərimizi sona çatdıracağıq. Bunun üçün bizə heç kim mane ola bilməyəcək. Və hakimiyyətə döndüyüm zaman yalnız bir nəfərdən hesab soruşacam. O şəxs hazırda prokurorları idarə edərək istədiyi vəzifəli şəxsin azadlığını əlindən alır”, deyə Saakaaşvili bildirib.

Mənbə: ANS PRESS

8 dekabr 2014
GO BACK