Qadin.NET / O Ronaldodan da çox qazanır

O Ronaldodan da çox qazanır

O Ronaldodan da çox qazanır
Bu pişik sahibinə əsl sərvət qazandırır. ANS PRESS-in məlumatına görə, "Grumpy" (Narazı) adlı pişik sahibinə iki ildə 100 milyon dollar gəlir gətirib. Əslində heyvanın adı "Tartar Sos"dur. Amma üz ifadəsinə görə, "Grumpy Cat" adlanır. Dişi pişiyin məşhurluğuna səbəb internet olub. Bu heyvanın ilk fotosu 2012-ci ildə internetə yüklənib. Onun sahibi o gündən başlayaraq ev heyvanından gəlir əldə etməyə başlayıb. Tahata Bundesen pişiyin məşhurluğunun gün keçdikcə atdığını deyir. "Mən ofisant olaraq işlədiyim yerdən çıxmalı oldum. O gündən telefonun susmur". "Grumpy"nin iki ildə qazandığı pul Hollivud ulduzlarının belə qazancından çoxdur. Müqayisə üçün deyək ki, dünya şöhrətli futbolçu Kriştiano Ronaldo illik 42 milyon qazanır. "Grumpy"nin Facebook səhifəsində 1 miyondan çox izləyicisi var. 

Mənbə: ANS PRESS

8 dekabr 2014
GO BACK