Qadin.NET / Qiyamət bunkeri

Qiyamət bunkeri

 

Qiyamət bunkeri

ABŞ-ın Kansas əyalətində olan nüvə raket kompleksi bunker olur. ANS PRESS-in məlumatına görə, bir zaman dünyanın ən təhlükəli sınaqları aparılan, raketlər hazırlanan kompleks indi möhtəşəm bir bunkerə çevrilib. 
Burada hazırlanan evlər qısa müddət ərzində özünə alıcı tapıb. Yerin altındakı bunkerdə üzmə hovuzu, böyük ekran televizor və süni pəncərələr quraşdırılıb. Buradakı mənzillərin qiyməti nə az, nə çox düz 3 milyon dollardır. Qiyamət bunkeri adlanan yerdə hətta idman salonu, sağlamlıq mərkəzi, kinoteatr və kitabxana da var. Bunkerin sakinləri burada hətta yeraltı əkinçiliklə də məşğul ola bilərlər. 60 metr dərinliyindəki nüvə raket kompleksi 3 metr qalınlığındakı beton divarlarla əhatələnib ki, buda böyük fəlakətlərdən qorunmağa imkan verir. Qeyd edək ki, bu evlərə tələbat artdığı üçün yeni mənzillərin inşasına başlanılıb. Yeni mənzillər 2016-ci ildə tamamlanacaq. ABŞ nüvə raket kompleksindən qitələrarası ballistik raketlər atılması üçün istifadə edilib. Rusiya ilə razılığa gələndən sonra ABŞ bu komplekslərdən bəzilərinin fəaliyyətini dayandırıb. 

Qiyamət bunkeri

Qiyamət bunkeri

Qiyamət bunkeri

Qiyamət bunkeri

Qiyamət bunkeri

Qiyamət bunkeri

 

Mənbə: ANS PRESS

8 dekabr 2014
GO BACK