Qadin.NET / Bakı 4-cü yerdədir

Bakı 4-cü yerdədir

 

Bakı 4-cü yerdədir

Rus turistlərin 2014-cü ildə MDB üzrə ən çox səfər etdikləri şəhərlərin adları açıqlanıb.
ANS PRESS-in məlumatına görə, ilk üçlükdə Minsk, Kiyev, və Almatı şəhərləri liderlik edir. Sonrakı yerdə Bakı, İrəvan, Daşkənd, Astana, Kişinyov, Bişkek və Brest qərarlaşıb. Əgər Gürcüstan MDB-in tərkibinə daxil olsaydı, onda gürcülərin paytaxtı Tiflis bu reytinqdə ilk beşliyə daxil olardı.
Qazaxıstanın paytaxtı Astana rusların MDB üzrə ən çox pul xərclədikləri şəhərdir. Qırğızıstanın paytaxtı Bişkek isə rus turistlərin ən az pul xərclədiləri şəhərdir. Astanada ruslar orta hesabla gündə 194 dollar xərcləyirlər. Bişkekdə isə bu rəqəm 69 dollardır. İrəvanda isə turistlər orta hesabla dörd gün qalırlar və hər mehmanxanada qaldığı günə görə təxminən 107 dollar ödəyirlər.
Tədqiqatlarda qeyd edilir ki, 2014-cü ildə rus turistlər MDB ölkələrinə orta hesabla 3 günlük səyahət edirlər və mehmanxanalara 4,2 min rubl ödəyirlər.
Statistika göstərir ki, bu il rus turistlərin 32%-i Belarusiyaya, 21%-i Ukraynaya, 17%-i Qazaxıstana, 9%-i Ermənistana, 8%-i Azərbaycana, 7%-i Moldovaya, 4%-i Özbəkistana, 2%-i isə Qırğızıstana səfər ediblər.

Mənbə: Milli.Az

 

8 dekabr 2014
GO BACK