Qadin.NET / Gələcəyin maşını

Gələcəyin maşını

 

Gələcəyin maşını

Serbiyada gələcəyin maşını hazırlanıb. ANS PRESS-in məlumatına görə, Ujice şəhərində yaşayan sənaye mühəndisi 29 yaşlı Petar Vukoviç ABŞ-da keçirilən gələcəyin maşını müsabiqəsinin qalibi olub. Vukoviç Ujicedə mühəndis kimi çalışır. O, hazırladığı modelə "Rutsio" adını verib. Gələcəyin maşının təkərləri üfüqü və şaquli istiqamətdə hərəkət edir.
Bu maşın həm də ölçüsünə və texniki göstəricilərinə görə fərqlənir. "Rutsio" Detroitdə keçirilən ən böyük avtomobil sərgisində nümayiş ediləcək. Sərgi 13-26 noyabrda baş tutacaq. 
İndi Vukoviçin maşını istehsal hüquqularını kimə verəcəyi maraqla gözlənilir. Serb mühəndis ixtirası sayəsində həm yeni iş yerlərinin açılacağına, həm də əhalinin vaxta qənaət edəcəyinə ümid etdiyini deyib. 

 

Mənbə: ANS PRESS

8 dekabr 2014
GO BACK