Qadin.NET / Messi Trabzona gəlir

Messi Trabzona gəlir

 

Messi Trabzona gəlir

Türkiyənin "Trabzonspor" klubu yeni stadionunun açılışına "Barselona"nı dəvət etməyi planlaşdırır.ANS PRESS-in məlumatına görə, 2015-2016-cı il futbol mövsümündən etibarən yeni meydançasına qovuşacaq Türkiyə təmsilçisi açılış üçün "Barselona" klubunu Trabzona dəvət edəcək.Akyazı adlanan ərazidə inşası davam edən stadionda işlər sürətlə aparılır. Klub idarə heyətinin üzvləri öz aralarında etdikləri söhbətlərdə açılış matçı üçün İspan klubunu çağırmaq istədiklərini dilə gətiriblər. 
Qeyd edək ki, Türk Hava Yolları (THY) "Barselona"ya sponsorluq edir. Məhz bu amilə görə, "Trabzonspor" klubu THY-dən dəstək istəyəcək.

 

Mənbə: ANS PRESS

8 dekabr 2014
GO BACK