Qadin.NET / Siyəzən dağılıb

Siyəzən dağılıb

 

Siyəzən dağılıb

Ötən gün Siyəzən rayonunda əsən güclü külək böyük fəsadlar törədib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, güclü külək rayonda elektrik enerjisi kəsilib.Rayonun Beşdam, Kiçik Həmyə, Qozağacı, Qalaşıxı və Qalaaltı kəndlərində bir çox evlərin damları dağılıb. Ağaclar aşıb.Bundan əlavə, Siyəzən 4 nömrəli və Qozağacı kənd orta məktəblərinin dam örtüyü dağılıb.
Rayon İcra Hakimiyyətindən ANS PRESS-ə məlumat verilib ki, hadisə yerlərinə mütəxəssislər göndərilib. Hazırda dəyən ziyan müəyyənləşdirilir. Yaranan problerin aradan qaldırılması istiqamətində işlər gedir.

Mənbə: ANS PRESS

 

8 dekabr 2014
GO BACK