
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarmadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər və axşam bəzi yerlərdə duman olacaq, cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-5 dərəcə isti, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında isə əsasən gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı, Lənkəran-Astara zonasında az yağıntılı olacağı gözlənilir.
Cənub-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.