Qadin.NET / Bakının böyük bir hissəsində içməli su problemi olacaq

Bakının böyük bir hissəsində içməli su problemi olacaq

 

Su kəmərindəki qəza ilə əlaqədar Bakının böyük bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, II Bakı su kəmərinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakı şəhəri Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərinin, S.Vurğun, S.Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, “Azərneftyağ” neft emalı zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli su 08-09 dekabr 2014-cü il tarixlərində məhdudiyyətlə veriləcəkdir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Mənbə: Milli.Az

 

8 dekabr 2014
GO BACK