Bakıda "Koroğlu" stansiyası yaxınlığındakı körpüdə intihar hallarının qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin mühafizə xidməti sutkalıq iş rejiminə keçib.
Trend-in məlumatına görə, körpünün hər iki hissəsində polis əməkdaşları mühafizə xidməti həyata keçirirlər.
Qeyd edək ki, son aylar "ölüm körpüsü" adlanan bu ərazidə intihar etmək istəyənlərin sayı artıb.
Mənbə: Milli.Az