Qadin.NET / Azərbaycanda mobil operatorun fəaliyyəti məhdudlaşdırılacaq

Azərbaycanda mobil operatorun fəaliyyəti məhdudlaşdırılacaq

 

Naxçıvan Muxtar Respublikasının (NMR) "Naxtel" CDMA standartlı simsiz rabitə operatoru bütün Azərbaycan ərazisində xidmət göstərməyəcək.Trend-in NMR-ın Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədova istinadan verdiyi məlumata görə, şirkətin prioritet planları arasında Muxtar Respublikada LTE şəbəkəsinin yerləşdirilməsidir.

 

"Operatorun bütün Azərbaycan ərazisində xidmət göstərəcəyi haqqında gedən söhbətlər həqiqətə uyğun deyil və xidmət əvvəlki kimi Naxçıvan Muxtar Respublikasının ərazisində göstəriləcəkdir", - Məmmədov bildirdi.
Mənbə: Milli.Az
7 dekabr 2014
GO BACK