İspaniya La Liqasının XIV turunda baş tutan “Real” - “Selta” matçında bir neçə rekord müəyyənləşib. Milli.Az-ın Apasport-a istinadən məlumatına görə, Madrid klubunun “Santyaqo Bernabeu” stadionunda 3:0 hesabı ilə qalib gəldiyi oyunda “Kral klubu” ardıcıl 18-ci, qələbəsinə sevinib. Bu qələbələrin 11-i La Liqada əldə edilib. Bununla da “Real” əzəli rəqibi “Barselona”ya çatmış olub. Kataloniya təmsilçisinin nailiyyəti 2005/06 mövsümündə reallaşıb.Bundan başqa, madirdlilərin hücumçusu Kriştianu Ronaldu da klub tarixinə düşüb. Portuqaliyalı futbolçu het-trik etməklə, ölkə çempionatında 200-cü qoluna imza atıb. “Real”ın heyətində La Liqada daha öncə bu uğurlar - Alfredo di Stefano (1953-1964, 216 qol) və Raul Qonzalesə (1994-2010, 228 qol) məxsusdu.“Real”ın müdafiəçisi Serxio Ramos isə La Liqada 300-cü matçını keçirib
Mənbə: Milli.Az