Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook öz istifadəçilərinə ESET şirkəti texnologiyalarının köməyi ilə qurğularını virus baxımından yoxlamağı təklif edib. Bu haqda Facebook-un informasiya təhlükəsizliyinə həsr edilmiş bloqunda yazılıb.Milli.Az İCTnevs-a istinadən bildirir ki, istifadəçinin Facebook sosial şəbəkəsinə daxil olduğu qurğuda virusa mümkün yoluxma əlamətləri olduqda istifadəçi qurğunu skan etmək təklifindən ibarət mesaj alacaq. Sistem Facebook-dan çıxmadan öz cihazını yoxlamağa, nəticələri araşdırmağa və arzuolunmaz proqram təminatının işini bloklamağa imkan verir."Biz ESET şirkəti ilə onun antivirus proqram təminatının zərərli proqramları aşkar etmə və mübarizə üzrə mövcud sistemimizə inteqrasiyası haqda razılaşmışıq. Bu, Facebook auditoriyasının (1.35 milyard) mesaj və xəbər lentində zərərli istinad və saytları bloklamağa kömək edəcək", - bloqda yazılıb.Facebook nümayəndələri bildiriblər ki, çoxlu sayda antivirus provayderləri ilə əməkdaşlıq zərərli proqram təminatının vaxtında zərərsizləşdirilməsi şansını yüksəldir.
Mənbə: Milli.Az