Qadin.NET / Tayfun 500 min sakinin evakuasiyasına səbəb oldu

Tayfun 500 min sakinin evakuasiyasına səbəb oldu

 

Tayfun 500 min sakinin evakuasiyasına səbəb oldu

Filippində 500 minə yaxın sakin evakuasiya edilib. Buna regiona "Haqupit" tayfunun yaxınlaşması əsas verib. Tayfunun təsir edəcəyi gözlənilən bölgələrin sakinləri ən vacib əşyalarını götürərək, təhlükəsiz ərazilərə köçürülüblər. Qasırğanın tüğyan edəcəyi günlər üçün ərzaq ehtiyatı toplayan sakinlər mağazalara axışıb. 
ANS PRESS-in məlumatına görə, hazırda «Haqupit» tayfunun Filippinin şərq sahillərinə yaxınlaşdığı bildirilir. Sabah səhər saatlarınadək tayfunun Filippin arxipelaqının mərkəzindəki Samar adasının böyük bir hissəsini öz cənginə alacağı gözlənilir. Ölkənin mərkəzi hissəsində məktəblər bağlanıb. 20-dən çox əyalətdə qasırğa xəbərdarlığı elan edilib. Hava limanlarında yüzlərlə aviareys təxirə salınıb, dəniz nəqliyyatının işi iflic olub.Ölkə rəhbərliyi artıq mərkəzi əyalətlərə ərzaq ehtiyatı və tibbi ləvazimatlar göndərib. Filippin Silahlı Qüvvələri də yüksək hazırlıq səviyyəsinə gətirilib. 
"Haqupit" tayfununun saatda 230 kilometrə çatan sürətlə hərəkət etdiyi bildirilir. Samar adası sahillərində dalğaların hündürlüyünün 4 metrə çatacağı proqnozlaşdırılıb. Ötən il Filippindən keçən "Hayyan" superqasırğası 6300-dən çox adamın ölümünə səbəb olmuşdu. "Haqupit" tayfununun da öz gücünə görə "Hayyan"dan geri qalmayacağı proqnozlaşdırılır. 

 

Mənbə: ANS PRESS

6 dekabr 2014
GO BACK