Qadin.NET / Şimali Koreyada daha bir qadağa

Şimali Koreyada daha bir qadağa

Şimali Koreyada daha bir qadağa
Şimali Koreyada daha bir qeyri-adi qərar qəbul edilib.ANS PRESS-in məlumatına görə, ölkədə son zamanlarda qəbul edilən qeyri-adi qadağalardan taksilər də öz nəsibini alıb. Bundan sonra Şimali Koreyada taksilər nömrələrinin tək və cüt olmasına görə bir gün işləyəcək, bir gün işləməyəcək.
Beləliklədə taksi sürücüləri bir gündən bir işləməyə məcbur olacaqlar. Paytaxt Pxenyanda isə nə məqsədlə bu addımın atılğına dair hələlik hər hansı bir məlumat yoxdur.
Pyeonqyanqda hazırda 1500 ədəd taksi var və bu avtomobillər hər gün nəqliyyatda hərəkət edir. Taksilərin sayının, xüsusilə indiki prezident Kim Çen Inın hakimiyyətə gəlməsindən sonra artdığı bilinir. Pxenyana idxal edilən taksilərin böyük əksəriyyəti isə Çindən gətirilir. 
Qeyd edək ki, analoji addım bir müddət öncə Çin tərəfindən atılıb. Pekində bu cür qərarın qəbul edilməsi ilə paytaxt havasının zəhərli qaz tullantılarından təmizlənəcəyi planlaşdırılırdı.

Mənbə: ANS PRESS

6 dekabr 2014
GO BACK