Qadin.NET / Dünyanın ən kök adamı öldü

Dünyanın ən kök adamı öldü

Kit Martin həddən artıq çəkisi ilə illər boyu mübarizə aparandan sonra 44 yaşında vəfat edib.

Onun ölümünün səbəbi pnevmoniyadır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 444,5 kq çəkisi olan Kit Martin yeriyə bilmirdi, çarpayıya məhkum idi. Onun əsasən fastfuddan ibarət olan gündəlik rasionu 20 min kalori idi və Martin kökəlməyə davam edirdi.Londonun şimalındakı Herlesdonda yaşayan Martinin gündəlik rasionu normal insanın qidalanmasından 10 dəfə artıqdı.
8 ay əvvəl həkimlər ona arıqlamağa başlamayacağı təqdirdə öləcəyini demişdilər. K.Martin də bədənindəki piylərin bir qisminin kəsilib götürülməsi üçün cərrahiyyə əməliyyatına razılaşmışdı.Əməliyyat uğurla keçmişdi və Kit bir qədər arıqlamışdı, 220 kq çəkidən qurtulmuşdu.
Kit Martinə bacıları Şeron və Tina qulluq edirdilər.
Mənbə: Milli.Az
6 dekabr 2014
GO BACK