Qadin.NET / Mobil qurğular məsləhətçiləri əvəzləyir

Mobil qurğular məsləhətçiləri əvəzləyir

 

Alıcıların əksəriyyəti müxtəlif alış-verişlər edən zaman mağaza satıcılarından məsləhət almaq əvəzinə, öz telefon və planşetlərində məhsul haqqında informasiya axtarmağa üstünlük verir.Milli.Az İCT nevs-a istinadən bildirir ki, Elektronika İstehlakçıları Assosiasiyasının araşdırmasına əsasən, alıcıların 58 faizi mobil qurğu alarkən satıcının məsləhətinə qulaq asmasını, 62 faizi isə telefondan əldə etdiyi məlumata etibar etməsini bildirib. Bu istehlakçı qrupunda 25-44 yaşlı kişilər üstünlük təşkil edir.Mobil qurğulardan daha çox elektronika (60 faiz), ərzaq məhsulları (55 faiz), geyim (47 faiz), ayaqqabı (45 faiz) və sağlamlıq üçün mallar (39 faiz) alınarkən istifadə edilir.Mobil qurğu istifadəçiləri qeyd edirlər ki, telefondan mağazadakı mal haqqında məlumat axtaran zaman onları əsasən məxfilik (61 faiz) və təhlükəsizlik (58 faiz) maraqlandırır. Lakin eyni zamanda onların 81 faizi müəyyən güzəştlər (qiymətdə endirim, bonus və s.) əldə etmək naminə satıcılarla öz məlumatlarını bölüşməyə hazırdır.Xatırladaq ki, bu yaxınlarda İsveçin Ericsson şirkəti bəyan edib ki, 2020-ci ilədək mobil ödənişlər qlobal ödənişlərə çevriləcək.

 

Mənbə: Milli.Az
6 dekabr 2014
GO BACK