Qadin.NET / iOS alış-verişdə lider oldu

iOS alış-verişdə lider oldu

 

Bayram istirahət günlərində iPad və iPhone istifadəçiləri Android qurğu istifadəçiləri ilə müqayisədə daha çox alış-veriş ediblər.Custoranın tədqiqatına əsasən, ABŞ-da qara cümə günündən kiber bazar ertəsinədək Apple qurğularının istifadəçiləri bütün mobil alış-verişin 78%-ni, Android istifadəçiləri isə yalnız 22%-ni ediblər.Milli.Az İCT nevs-a istinadən bildirir ki, i qurğu istifadəçiləri mobil alış-veriş üzrə lider olsalar da, amma Android getdikcə populyarlaşır: ötən il bu platforma istifadəçilərinin mobil alış-veriş üzrə göstəriciləri müvafiq olaraq 84% və 15% olub.Belə fərq, ilk növbədə, Appleın auditoriyasının daha zəngin olması ilə izah edilir. Apple pulu olan insanlara bahalı qurğular satır.

 

Bu il kiber bazar ertəsində mobil şopinq bütün onlayn şopinqin 22%-ni təşkil edib. Ötən il bu göstərici 16% olub.
Mənbə: Milli.Az
6 dekabr 2014
GO BACK