Qadin.NET / Yeni doğulan körpə görənləri şoka saldı

Yeni doğulan körpə görənləri şoka saldı

 

Yeni doğulan körpə görənləri şoka saldı

Yeni doğulan 6.2 kiloqramlıq körpə hamını təəccübləndirib. ANS PRESS-in məlumatına görə, ABŞ-ın Kolorado əyalətinə bağlı San Luis Valley xəstəxanasında 6.2 kiloqram ağırlığında dünyaya gələn körpə hər kəsi çaş-baş qoyub. Nəhəng körpənin boyu 55.8 santimerdir.
"USA Today" qəzeti həkimlərin doğum əvvəli körpənin çəkisinin kilosunu təxminən 3.1 kiloqram olaraq hesabladığını yazıb. Nəfəs alma çətinliyi çəkən Mia Yasmin Qarsia adlı qız uşağının müalicəsi başqa xəstəxanada aparılacaq. 
Doğuş zamanı tibb bacısının körpənin dünyaya gəlişi əsnasında hay-küy qaldıraraq yoldaşlarından kömək istədiyi bildirilir. 
Daha əvvəlki doğuşlardan dörd qız uşağı sahibi olan Mianın atası Françisko Qarsia oğlan uşağı istədiklərini, lakin Allahın onlara beşinci qız uşağının verdiklərini söylədi. Ata Qarsia xəstəxana səlahiyyətlilərini də günahlandırıb: "Bizə normal bir doğuş olacaqlarını, uşağın çəkisinin nə qədər olacağını da söylədilər. Yüzdə-yüz yanılma olar?. Hər şeyə baxmayaraq bu qız uşağımız ilə də qürur duyuruq".

Mənbə: ANS PRESS

 

6 dekabr 2014
GO BACK