Qadin.NET / "Qanlı Yanvar" Türkiyə mətbuatında

"Qanlı Yanvar" Türkiyə mətbuatında

"Qanlı Yanvar" Türkiyə mətbuatında

Rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən "Qanlı yanvar" filmi ilə bağlı Türkiyənin "Star" kanalı xəbər yayıb. 
"Star" TV yaydığı xəbərdə filmdə rol alan Türkiyənin tanınmış aktrisası Nəbahət Çehrə barədə məlumat verilir. Onun çəkdiyi roldan görüntülər yayımlanıb. 
Aktrisanın filmin yaradıcı heyəti ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etməsi və ANS TV-yə açıqlaması da görüntülərdə əks olunub. Xəbərdə bildirilir ki, Sovet İttifaqının Bakıda törətdiyi qırğını əks etdirən "Qanlı Yanvar" filmində Nəbahət Çehrə övladlarını itirən ana rolunu canlandırır.

Mənbə: ANS PRESS

 

6 dekabr 2014
GO BACK