Qadin.NET / ABŞ-da 3G şəbəkəsi dayandırılır

ABŞ-da 3G şəbəkəsi dayandırılır

ABŞ-da 3G şəbəkəsindən istifadə dayandırılacaq. Belə ki, ölkənin nəhəng mobil rabitə operatorlarından biri Verizon şirkəti CDMA və EV-DO (3G) şəbəkələrini ləğv etməyə hazırlaşır.Milli.Az İCT nevs-a istinadən bildirir ki, ABŞ-ın Serbiya əsilli sakini Milan Milanoviç aşkar edib ki, Klivlend və Manhetten şəhərlərində LTE şəbəkələrində məlumatların ötürülməsi üçün operator əvvəllər EV-DO şəbəkəsi üçün ehtiyatda saxlanılan 1900 MHs tezliyindən istifadə edir. Verizon nümayəndəsi bildirib ki, bu, yalnız sınaq olub və şirkət keçidə hələ ki tam hazır deyil.

Operatorun 3G şəbəkəsindən LTE-yə keçidi başa çatdırması üçün kifayət qədər çox vaxt lazımdır. Hazırda Verizonun inkişaf etmiş infrastruktura və LTE-nin geniş əhatə zonasına malik olmasına baxmayaraq onun şəbəkəsində fəaliyyət göstərən mobil aparatların 41 faizi LTE-ni dəstəkləmir. Şirkət tərəfindən CDMA və EV-DO şəbəkələrinin istismarının bu standartlarda mobil rabitə xidmətlərinə tələbatın azalması ilə əlaqədar dayandırılması güman edilir.
Mənbə: Milli.Az

 

5 dekabr 2014
GO BACK