Qadin.NET / Rəsmi Bakıdan Yahoo-ya etiraz

Rəsmi Bakıdan Yahoo-ya etiraz

 

 

Oxucularını aralarında Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisinin də olduğu tanınmamış ölkələrə turizm turlarına dəvət edən "Yahoo travel" portalı beynəlxalq hüququ pozur. Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.Onun sözlərinə görə, Azərbaycanın ABŞ-dakı səfirliyinə bu məsələni araşdırmaq və müvafiq tədbirlər görmək tapşırılıb.Qeyd edək ki, "Yahoo travel" portalında Dağlıq Qarabağın müstəqil qurum kimi təqdim olunduğu material yerləşdirilib. Materialda ora yalnız Ermənistan ərazisi ilə getmək tövsiyə olunur.

Mənbə: ANS PRESS

5 dekabr 2014
GO BACK